Xalq Təhsili Muzeyində 24 fevral 2020-ci il tarixdə Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir. Anım mərasimində Pirşağı qəsəbəsindəki Xocalı şəhər 2 saylı tam orta məktəbin, Bakı şəhər 200 saylı məktəb - lisey kompleksinin müəllim və şagirdləri, Bakı şəhəri üzrə Təhsil İdarəsi 5 nömrəli Uşaq – Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri və rəhbərləri iştirak etmişlər. Anım mərasimini giriş sözü ilə muzeyin direktoru, əməkdar mədəniyyət işçisi L.Bayramova açaraq, Azərbaycan xalqının tarixinə qanlı səhifə kimi daxil olan Xocalı soyqırımı zamanı baş vermiş hadisələrdən danışdı, erməni vandalizminin bəşər tarixində görünməmiş qəddarlıqla insanlığa qarşı törətdiyi bu cinayəti qətiyyətlə pislədi. Soyqırım qurbanlarının xatirəsi “Bir dəqiqəlik sükut” la yad edildi.
Tədbirdə Xalq Təhsili
Muzeyinin
elmi
katibi
İ.Məlikova “Xocalı soyqırımı” adlı məruzə ilə çıxış edərək
“Xocalıya ədalət” kampaniyası çərçivəsində görülən işlərin bu soyqırım
aktının beynəlxalq ictimaiyyət tərəfindən
tanınması istiqamətində mühüm addım
olduğunu qeyd etdi. Xocalı soyqırımının
canlı şahidləri – Xocalı şəhər 2
saylı tam orta məktəbin müəllimləri Səidə Cəfərova, Sevda Məmmədovanın xatirələri tədbir iştirakıçılarına həyəcanlı
anlar yaşatdı. Mərasimdə Nəsimi rayon 5 nömrəli UGİM-nin direktoru K.Mustafayeva çıxışlardan təsirləndiyini qeyd edərək,
bu hadisənin
təkcə xocalıların deyil, bütün dünya
azərbaycanlılarının faciəsi olduğunu
və xalqımızın
yaddaşından heç zaman silinməyəcəyini
vurğuladı.
Anım
mərasimində məktəblilərin Xocalı soyqırımını əks etdirən
slayd nümayişi ilə
müşayiət olunan çıxışları, BŞTİ 5
nömrəli UGİM “Məktəb teatrı” dərnəyi üzvlərinin hazırladıqları ədəbi-bədii kompozisiya və vətənpərvərlik mövzusunda mahnılar tədbir iştirakçılarını
duyğulandırdı.
Tədbirin sonunda iştirakçılar Xalq Təhsili
Muzeyi fondunun sənəd və materialları, Bakı şəhər məktəblilərinin rəsmləri əsasında təşkil edilmiş “Xocalı
soyqırımı” adlı sərgi
ilə tanış oldular.