Muzey Haqqında


Xalq Təhsili Muzeyi Azərbaycan SSR Xalq Komissarları Sovetinin 27 aprel 1932-ci il tarixli 651 nömrəli qərarına əsasən 1930-cu ildə Leninqrad (indiki Sankt-Piterburq) şəhərində təşkil edilmiş pedaqoji sərginin bazasında yaradılmışdır. 40-cı illərin əvvəllərində muzeyin ekpozisiyasında 847 eksponat nümayiş etdirilirdi. O vaxt muzeydə 2715-ə qədər kitab və jurnal da saxlanılırdı. Muzeyin ekspozisiya materialları sahəsi 320 m2 olan böyük bir salonda yerləşdirilmişdi.

Muzeyin ekspozisiyasının bir hissəsi (1940-1960)

1961-1964-cü illərdə muzeyin ekspozisiyasında yenidənqurma işləri aparıldı. Muzeyin ekspozisiyası 7 salonda yerləşdirildi.
Sənəd və materialların artımı ilə əlaqədar 1970-ci ildə reekspozisiya zamanı məktəbdənkənar müəssisələr, uşaq və gənclər təşkilatlarının işini əks etdirən yeni materiallar əlavə olunmaqla muzeyin 8-ci salonu təşkil edildi.

Muzeyin I salonunun ekspozisiyası (1961-1979)

Muzeyin ekspozisiyasının IV salonu (1961-1979)

Muzeyin I salonu (1980-cı illərin ekspozisiyası)



Muzeyə aşağıdakı şəxslər rəhbərlik etmişlər:

Mixail İsayev (1932-1934)
Kamil Hüseynov (1937)
Yelena Kuznetsova (1937-1939)
Mixail İsayev (1941)
Sara Ələsgərova (1941-1943)
Teyfur Xasməmmədov (1943-1944)
Əli Kazımzadə (1944-1959)
Cəfər Cəfərov (1959-1960)
Tahirə Əhmədzadə(1961-1998)
Əlimirzə Əhmədov (1998-2004)
Lalə Bayramova (2005)
Muzeyin ilk direktoru Əmək qəhrəmanı Mixail İvanoviç İsayev
Muzeyin direktoru Əli Kazımzadə
(1944-1959)
Muzeyin direktoru, respublikanın əməkdar müəllimi Tahirə Zülfiqar qızı Əhmədzadə
(1961-1998)
Muzeyin direktoru, respublikanın əməkdar müəllimi Əlimirzə Həbibulla oğlu Əhmədov
(1998-2004)

2005-ci il 14 aprel tarixindən muzeyin direktoru Azərbaycanın və SSRİ-nin maarif əlaçısı Lalə Hüseyn qızı Bayramovadır. O 1970-ci ildən muzeydə işləyir. Muzeydə 1991-1992-ci və 2008-2010-cu illərdə aparılmış reekspozisiya və yenidənqurma işlərində əməyi olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 3 oktyabr 2007-ci il tarixli sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir. 3 oktyabr 2017-ci ildə "Əməkdar Mədəniyyət işçisi" fəxri adı verilmişdir.