Şiriyeva Zülfiyyə Şəmsəddin qızı (direktor) – Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakütəsini bitirib. Əmək fəaliyyətinə Təhsil Problemləri üzrə Elmi – Metodik Mərkəzdə başlayıb. 2000-ci ildə Xalq Təhsili Muzeyində şöbə müdiri vəzifəsinə, 2005-ci ildən muzeyin elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. Təhsil İnstitutunun Təhsilin təşkili və planlaşdırılması ixtisası üzrə qiyabi doktoranturasında təhsil alıb, dissertasiya işini tamamlayıb, hazırda müdafiə ərəfəsindədir. 30-a qədər elmi məqalə və tezislərin müəllifidir. 2010-cu ildə Təhsil Nazirliyinin “Fəxri Fərmanı”, 2012-ci ildə isə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı, Azərbaycan Respublikası Prezidentinin 04 oktyabr 2022-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir. 28.09.2023-24.04.2025-ci illərdə muzeyin direktor vəzifəsini icra etmişdir. Azərbaycan Respublikası elm və təhsil nazirinin 25.04.2025-ci il tarixli 3-29/3-1-421K/2025 nömrəli əmri ilə muzeyin direktor vəzifəsinə təyin edilmişdir.
Həsənova Kəmalə Xidil qızı (direktor müavini) – Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni – Maarif fakültəsini bitirib. Əmək fəaliyyətinə Sabunçu rayon 167 nömrəli uşaq bağçasında tərbiyəçi-müəllim kimi başlayıb. 1996-cı ildən 2001-ci ilə qədər Təhsil Nazirliyi Estetik Tərbiyə üzrə Tədris Metodik Mərkəzdə təşkilati şöbənin metodisti vəzifəsində çalışmışdır. 2005-ci ildən Xalq Təhsili Muzeyində kiçik elmi işçi vəzifəsinə təyin edilib. 2010-cu ildə muzeydə Məktəbəqədər, ümumtəhsil və peşə təhsili müəssisələri ilə iş şöbəsinin müdiri, 2011-ci ildə muzeyin yeni Nizamnaməsinə uyğun aparılmış struktur dəyişikliyi ilə əlaqədar Elmi-kütləvi iş şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. 2012-ci ildə Təhsil Nazirliyinin “Fəxri Fərmanı”, Azərbaycan Respublikası elm və təhsil nazirinin 31.03.2022-ci il tarixli K-289 nömrəli əmri ilə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişdir. 2014-cü ildən muzeyin direktor müavinidir.