Xalq Təhsili Muzeyinin Milli Azərbaycan Tarixi Muzeyi ilə birgə Bakı Dövlət Universitetinin yaradılmasının 100 illik yubileyi ilə əlaqədar təşkil etdiyi elmi-seminar haqqında məlumat.

  • Çərşənbə axşamı , 23 Aprel 2019


  • 11:38:18

“Bakı Dövlət Universitetinin yaradılmasının 100 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan RespublikasıPrezidentinin 14noyabr 2017-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinin və Azərbaycan Respublikası Təhsil Nazirliyi Xalq Təhsili Muzeyinin birgə təşəbbüsü ilə 19 aprel 2019 cu il tarixdə Bakı Dövlət Universitetinin yaradılmasının 100 illik yubileyinə həsr edilmiş “Milli maarifçilik ənənələrinin böyük davamçısı” mövzusunda elmi-seminar keçirildi

Seminarda Milli Azərbaycan Tarixi Muzeyinin və Xalq Təhsili Muzeyinin əməkdaşları ilə yanaşı Bakı Dövlət Universitetinin müəllimləri, gənc alimlər, tədqiqatçılar ,tələbələr və Bakı şəhər Nərimanov rayon 202 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak etdi.

Seminarı giriş sözü ilə açan Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini,dosent Nərgiz Əliyeva Bakı Dövlət Universitetinin elmi təhsil müəssisəsi kimi əhəmiyyətini, onun tarixinin tədqiq və təbliğ edilməsinin vacibliyini bildirdi .Eyni zamanda , universitetin 100 illik yubileyi münasibəti ilə Tarix Muzeyinin BDU ilə birlikdə sərgi keçirməyə hazırlaşdığını diqqətə çatdırdı.Xalq Təhsili Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi L.H.Bayramova birgə təşkil edilmiş bu tədbirin əhəmiyyətini vurğuladı və Bakı Dövlət Universitetini ali təhsil müəsisələrinin bayraqdarı adlandırmaqla Azərbaycanda yüksək ixtisaslı kadrların hazırlanmasında böyük rolundan danışdı, muzey tərəfindən hazırlanmış “Bakı Dövlət Universitetinin şərəfli inkişaf yolu” adlı səyyar sərgini iştirakçılara təqdim edərək elmi seminarın işinə uğurlar arzuladı .

Elmi seminarda Bakı Dövlət Universitetinin tarix fakültəsinin professoru, tarix elmləri doktoru N.Məmmədov, Xalq Təhsili Muzeyinin direktor müavini Z.Şiriyeva, ”Azərbaycan məktəbi“ jurnalının əməkdaşı B.Mikayıllı çıxış edərək 100 illik yubileyi keçirilən, müsəlman şərqində ilk yeni tipli ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetinin yaranması tarixi, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti və qabaqcıl maarifçi ziyalıların universitetin təşkilində xidmətləri barədə ətraflı məruzə etdilər və iştirakçıları maraqlandıran sualları cavablandırdılar.

Elmi seminarın sonunda iştirakçılarXalq Təhsili Muzeynin sənəd və materialları əsasında hazırlanmış 8 stenddən ibarət sərgi ilə tanış oldular.