Xalq Təhsili Muzeyində praktik seminar

  • Bazar ertəsi , 23 Sentyabr 2024


  • 11:47:30

Xalq Təhsili Muzeyində  “Tədris müəssisələrində ekoloji tərbiyənin təşkili yolları və ekomədəniyyətin formalaşdırılması” mövzusunda praktik seminar

      20.09.2024-cü il tarixində Xalq Təhsili Muzeyində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Tədris müəssisələrində ekoloji tərbiyənin təşkili yolları və ekomədəniyyətin formalaşdırılması” mövzusunda praktik seminar təşkil edilmişdir. Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və kommunikasiya şöbəsinin müdiri S.Məmmədova, Milli Aerokosmik Agentliyinin Ekologiya İnstitutunun Təbii dağıdıcı və səhralaşma proseslərinin monitorinqi şöbəsinin rəis müavini T.Hacıyev, Təbiət Tarixi Muzeyinin baş direktoru, b.ü.f.d. T.Eybətov, Sabunçu rayon 72 №li məktəb-liseyin direktoru F.Abbasova, məktəbin təşkilatçı G.Bayramova və şagirdləri, 2 saylı Uşaq Gənclər İnkişaf Mərkəzinin “Təbiətsevərlər dərnəyi” nin rəhbəri S.Həşimli, Kimya-Biologiya təmayüllü Respublika liseyinin həkimi H.Əliəfsərova, 291 №li Ekologiya liseyinin biologiya müəllimi İ.Zöhrabova, Nərimanov rayon 202 saylı tam orta məktəbin biologiya müəllimi Y.Mirzəyeva, Nizami rayon 214 saylı tam orta məktəbin biologiya müəllimi R.Əsgərli iştirak ediblər. 

   Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Giriş sözü ilə çıxış edən muzeyin direktor vəzifəsini icra edən Z.Şiriyeva Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin ölkəmizin iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyinə bariz nümunə olduğunu vurğulayıb, COP29 kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsi qərarının verilməsini təqdirəlayiq hesab edib. Daha sonra mövzu ətrafında tədbir iştirakçılarının məruzələri dinlənilib, tədris müəssisələrində ekoloji tərbiyənin səmərəli yolları və ekomədəniyətin formalaşdırılması məqsədilə görülən işlərdən bəhs edilmişdir. Tədbirin sonunda  72 №li məktəb-liseyin şagirdi R.Tağıyevin hazırladığı “Aquaguard” Start up layihəsi və şagirdlərin ifasında bədii kompozisiya təqdim edilmişdir. 

     Tədbir iştirakçıları həmçinin Xalq Təhsili Muzeyinin ekspozisiyası ilə tanış olublar.